Cəmiyyət
Pleyeri seçin:

Sərhəddə saxlanılan erməninin qolundakı izlər nədir?

30 avqust 2023

Ombudsman Səbinə Əliyeva Ermənistan saytlarında yayımlanan əsassız iddialara cavab verib.

Ombudsman Aparatından verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanı konfidensial qəbul edərkən həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib.

Eyni zamanda onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib. Qəbul edilən şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər.

Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi humanist siyasətin bariz nümunəsidir.

Ombudsman Aparatından bildirilib ki, Ermənistan mətbuatı Alen Sarqsyanın qolunda olan və onun özünün də bildirdiyi kimi, bu ilin fevralında atası ilə şəxsi ailə təsərrüfatında işlədiyi zaman aldığı xəsarəti əsas gətirərək Azərbaycanın göstərdiyi humanist siyasətə qarşı istifadə edir. Onun qolunda olan həmin izin uzun müddət əvvələ təsadüf etməsi fotodan daha aydın görünür. Bu baxımdan saxlanılan şəxslərlə bağlı məlumatların aydın şəkildə paylaşılması fəaliyyətin şəffaflığını bir daha təsdiq edir.

“Təəssüflər olsun ki, Ermənistan hər zaman olduğu kimi, yenə də məqsədli şəkildə Azərbaycanofobiya siyasətini davam etdirir, yalan məlumatları tirajlayaraq dözümsüzlük mühiti yaratmaqda davam edir” – deyə Omdusman aparatının yaydığı məlumatda bildirilib.

Göygöldə əsrlərdir yaşadılan sənət | Usta işin sirlərini açdı

Göygöldə əsrlərdir yaşadılan sənət | Usta işin sirlərini açdı

Cəmiyyət
23 noyabr 2024
Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Cəmiyyət
23 noyabr 2024
Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Cəmiyyət
23 noyabr 2024
Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Cəmiyyət
23 noyabr 2024
Aldığı məhsul müştərini çaşbaş qoydu

Aldığı məhsul müştərini çaşbaş qoydu

Cəmiyyət
23 noyabr 2024
Bu hərəkət iflicə səbəb olur | Neyrocərrahdan ciddi xəbərdarlıq

Bu hərəkət iflicə səbəb olur | Neyrocərrahdan ciddi xəbərdarlıq

Cəmiyyət
23 noyabr 2024
Qarabağ Universitetində möhtəşəm konsert keçirildi

Qarabağ Universitetində möhtəşəm konsert keçirildi

Cəmiyyət
23 noyabr 2024
Qazaxın azad olunan Xeyrimli kəndindən ən yeni görüntülər

Qazaxın azad olunan Xeyrimli kəndindən ən yeni görüntülər

Cəmiyyət
23 noyabr 2024
İnsan skeletinin inkişaf planı açıqlandı | Xəritələr çəkildi, görün nələr ortaya çıxdı

İnsan skeletinin inkişaf planı açıqlandı | Xəritələr çəkildi, görün nələr ortaya çıxdı

Cəmiyyət
23 noyabr 2024
Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon