SOCAR Dünya Autizm Maarifləndirmə Ayı ilə əlaqədar silsilə tədbirlər təşkil edir
2 Aprel ‒ Dünya Autizm Maarifləndirmə Günü və Dünya Autizm Maarifləndirmə Ayı ilə əlaqədar “SOCAR Midstream Gas Operations” “Birgə və Sağlam” İctimai Birliyi ilə silsilə tədbirlər təşkil edir.
Bu çərçivədə ilk tədbir ölkəmizdə inklüziv iaşə obyekti olan “Kaşalata” kafedə təşkil olunub.
Tədbirdə dövlət tərəfindən autizmli şəxslərin cəmiyyətə tam inteqrasiyası üzrə həyata keçirilən davamlı tədbirlər, inklüziv təhsilinin inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi üzrə aparılan məqsədyönlü fəaliyyət haqqında geniş məlumat verilib.
Bu xüsusda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud, eyni zamanda autizmli uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, Heydər Əliyev Fondu tərəfindən bu sahədə həyata keçirilən layihələrdən bəhs edilib və minnətdarlıq ifadə olunub.
Çıxış edən autizm spektr pozuntusu olan şəxslərin valideynləri cəmiyyətin bu sahədə məlumatlandırılmasının autizmli uşaqların inteqrasiyasında xüsusi rol oynadığını qeyd ediblər.
Tədbirdə “Kaşalata” kafenin yaradılması təşəbbüsündən və onun fəaliyyəti haqqında geniş məlumat verilib, ictimai birlik tərəfindən həyata keçirilən məşğulluq modelindən, onun fəaliyyət mexanizmlərindən və rolundan danışılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
