SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi | İşçilərin sağlamlığı ilə bağlı mühüm tədbirlər
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləkli və qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə “Report”a SOCAR-dan bildirilib. Vuğulanıb ki, əmək normaları çərçivəsində işçilərin sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarətdə saxlanılır.
Xatırladaq ki, Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimal edilir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.
#SOCAR teqi istifadə olunub
- Qırğızıstan SOCAR-la tərəfdaşlığın genişləndirilməsində maraqlıdır - Baku TV
- SOCAR və IE Universiteti arasındakı əməkdaşlıq çərçivəsində vacib tədbir - Baku TV
- Qazaxıstan neftinin daşınmasında tranzit həcm 4 milyon tona çatıb - Baku TV
- SOCAR "Palmali"nin qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi - Baku TV
- Elşad Nəsirov İndoneziya səfiri ilə görüşdü | Qarşılıqlı əməkdaşlıq müzakirə olunub - Baku TV
