Sürücülərə hava şəraiti ilə bağlı ciddi xəbərdarlıq edildi
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında küləklə müşahidə olunan yağış yağacağı gözlənilir. Bununla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edilir.
“Həftəsonu səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarından magistiral yollarda əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə almaq, əvvəlcədən ehtiyat tədbirləri görmək xahiş olunur”, – deyə xəbərdə vurğulanıb.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV
- DYP hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi - Baku TV
- Yanvarın 19-na olan hava proqnozu açıqlanıb | Hava haqqında məlumat - Baku TV
- Ehtiyatlı olun, hava kəskin pisləşir | Hava ilə bağlı xəbərdarlıq - Baku TV
- Bu səhvi edənlər faciə ilə üzləşə bilər | Sürücülərin nəzərinə - Baku TV
