Pleyeri seçin:

Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

22 dekabr 2025 11 baxış

Hər birimiz həyatımızda ən azı bir dəfə hansısa maddi və ya mənəvi dəyəri olan əşyamızı itirmişik. Bəzən də itirən deyil, tapan tərəf olmuşuq.

Bəs maraqlıdır, itən əşyaların aqibəti necə olur? Bu əşyalar tapan şəxsin mülkiyyəti sayıla bilərmi?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Mülki Məcəllənin 186-cı maddəsinə əsasən, itirilmiş əşya ilə bağlı qaydalar belədir:

- hər hansı bir şəxs itirilmiş əşyanı taparsa, o bu barədə dərhal həmin əşyanın sahibinə və ya sahib məlum deyilsə, polisə məlumat verməli və əşyanı təhvil verməlidir;

- tapılan əşya barədə məlumat verildikdən sonra bir il ərzində sahibi onu geri almazsa, əşyanı tapan şəxs onun üzərində mülkiyyət hüququ qazanır;

- əgər əşya sahibi tapılan əşyanı geri götürmək istəyərsə, bu halda onu tapan şəxs əşyanın dəyərinin 5 faizinədək hədiyyə (bəxşiş) tələb edə bilər;

- bundan əlavə, əşyanı tapan şəxs mülkiyyətçidən həmin əşyanın saxlanılması ilə bağlı çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, itən əşyalar adətən vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur.

Qeyd olunub ki, əgər sənəd və ya əşyanın sahibi müyyən edilməzsə, tapıntılar bir ay müddətində büroda saxlanılır: "Bu müddət ərzində əşyaların sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər həmin vaxtda heç kim müraciət etməzsə, tapıntılar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir".

“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

Cəmiyyət
22 dekabr 2025 11 baxış
“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 11 baxış
“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 11 baxış
Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 11 baxış
Azərbaycanda hava necə olacaq? | Dövlət Xidmətindən açıqlama - Baku TV

Azərbaycanda hava necə olacaq? | Dövlət Xidmətindən açıqlama - Baku TV

Cəmiyyət
21 dekabr 2025 11 baxış
Məktəbin yanında uşaqlara "narkotik" satılıb? | Bu səkilərdən keçənlər əsl "survivor" yaşayır

Məktəbin yanında uşaqlara "narkotik" satılıb? | Bu səkilərdən keçənlər əsl "survivor" yaşayır

Cəmiyyət
21 dekabr 2025 11 baxış
Səs-küy salanlara xəbərdarlıq | Cərimələr tətbiq ediləcək - Baku TV

Səs-küy salanlara xəbərdarlıq | Cərimələr tətbiq ediləcək - Baku TV

Cəmiyyət
21 dekabr 2025 11 baxış
“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 11 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 11 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 11 baxış
Seçilmişlər
icon