Pleyeri seçin:

Televizorlar keçmişdən bu günə | İlk TV-lərdə nə yayımlanırdı? - ARAŞDIRMA

02 iyun 2024 698 baxış

Televizorun icadı Con Loqi Beyrdın adı ilə bağlıdır.

25 iyun 1925-ci ildə tarixin ilk televiziya patentini alan Con Loqi Beyrdın uğuru qısa müddətdə böyük maraqla qarşılanır. Onun hazırladığı televizorda ilk yayım 1926-cı ildə reallaşır. Həmin vaxt televiziya ağ-qara rənglərdən və çox keyfiyyətsiz görüntüdən ibarət idi.

Con Loqi Beyrd 1929-cu ildə ilk televiziya stansiyasını qurur və o dövrdə radio yayımı olan BBC ilə razılaşaraq televiziya verilişləri hazırlamağa başlayır. BBC 1930-cu ildə Amerikada, habelə İngiltərədə rəsmi şəkildə yayıma başlayır. Londonda 20 mini əhatə edən yayımın hesabına Con Loqi Beyrd karyerasının zirvəsinə çatır.

RCA şirkəti tərəfindən 1954-cü ildə istehsal edilən “NTSC” standartı rəngli televiziya yayımının əsasını qoyur. İki il sonra isə Azərbaycanda ilk televiziya yayımının başlaması ilə televizor cihazlarına olan tələbat sürətlə artır. İlk gətirilən modellər əsasən Sovet İttifaqının digər şəhərlərində istehsal edilən KVN-49 tipli ağ-qara televizorlar idi. Bu televizorlar insanların evlərinə yeni dünya gətirir.

14 fevral 1956-cı il tarixində Bakı Televiziya Studiyası rəsmi olaraq yayımına başlayır. İlk verilişlər ağ-qara formatda yayımlanır, əsasən xəbərlər, mədəniyyət proqramları və təhsil verilişlərini əhatə edir.

1950-ci illərin sonlarında Bakıda ilk televizor mağazaları açılır. Elektrotexnika mağazası kimi yerlərdə insanlar ilk dəfə olaraq televiziya cihazları ilə tanış olurlar. Bu mağazalarda sovet istehsalı müxtəlif modellər satılırdı.

1960-cı illərdə Bakı Radio Zavodu yerli televizor istehsalına başlayır. Bu, Azərbaycanın televiziya sektorunda mühüm bir inkişaf idi. Yerli televizorlar keyfiyyəti və etibarlılığı ilə seçilirdi və ölkədə televiziya yayımının genişlənməsinə töhfə verirdi.

1970-ci illərin sonlarında Azərbaycanda rəngli televiziya yayımına başlanıldı. İlk rəngli televizorlar insanların televiziyaya olan marağını daha da artırır.

1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə televiziya sektorunda yeni bir mərhələnin əsası qoyulur. Yeni kanallar açılır, texnologiyalar yenilənir və televizorlar müasir həyatın ayrılmaz bir hissəsinə çevrilir. Peyk və kabel televiziyasının geniş yayılması ilə yeni rəqəmsal yayım erasına keçid edilir.

Bu gün ağıllı televizorlar və internet TV xidmətləri televiziya izləmə təcrübəsini tamamilə dəyişib. Artıq insanlar ənənəvi televiziyalardan daha operativ və sürətli olan internet televiziyasına keçid edirlər. Bu xüsusda 24 saat yayımlanan Baku TV-ni Azərbaycan internet televiziya tarixindəki inqilab saymaq olar.

“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 698 baxış
Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Cəmiyyət
20 dekabr 2025 698 baxış
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Cəmiyyət
20 dekabr 2025 698 baxış
Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 698 baxış
Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 698 baxış
Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 698 baxış
Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV

Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV

Cəmiyyət
20 dekabr 2025 698 baxış
“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV

“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV

Cəmiyyət
20 dekabr 2025 698 baxış
“Sevdiyi qız can verəndə özünü çatdırdı” | Bayram kişini kövrəldən təsirli hekayə - O VAXTLAR

“Sevdiyi qız can verəndə özünü çatdırdı” | Bayram kişini kövrəldən təsirli hekayə - O VAXTLAR

Cəmiyyət
19 dekabr 2025 698 baxış
Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV

Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
19 dekabr 2025 698 baxış
Seçilmişlər
icon