“Tiktok” sahibi pula pul demir: qazandığı məbləğ açıqlandı
“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” 2023-cü ilin birinci rübündə 6 milyard dollardan çox əməliyyat mənfəəti əldə edib.
“The Wall Street Journal” şirkət işçiləri arasında bölüşdürülmüş maliyyə nəticələrinə istinadən yazır ki, bu, 2022-ci ilin birinci rübündən təxminən iki dəfə çoxdur. Bütövlükdə 2022-ci ildə şirkətin xalis mənfəəti 20 milyard dolları keçib, halbuki 2021-ci ildə 7 milyard dollardan çox əməliyyat zərəri ilə başa vurmuşdu.
Qeyd edək ki, “ByteDance”ın səhmləri açıq şəkildə satılmır və şirkət maliyyə nəticələrini açıqlamır. “The Wall Street Journal”ın əldə etdiyi hesabata görə, “ByteDance”ın 2022-ci ildə gəliri 38 faiz artaraq 85,2 milyard dollara çatıb. Bu ilin yanvar-mart aylarında şirkət 24,5 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Gəlirlərin artması ilə paralel olaraq şirkət xərclərini azaldır. Belə ki, 2022-ci ildə “ByteDance”ın marketinq xərcləri bir il əvvəlki 19,2 milyard dollarla müqayisədə 14,8 milyard dollara, tədqiqat və inkişaf xərcləri 14,6 milyard dollardan 8,7 milyard dollara, ümumi və inzibati xərclər 8,3 milyard dollardan 4,5 milyard dollara qədər azalıb.
Martın sonunda şirkətin ümumi aktivləri keçən ilin sonundakı 87,6 milyard dollar və 2021-ci ilin sonundakı 64,3 milyard dollara qarşı 95,5 milyard dollar qiymətləndirilib.
#TikTok teqi istifadə olunub
- Gizli mikrokameraların satışına qanun icazə verir? | Ekspertlərdən açıqlama - Baku TV
- Mağazalarda "endirim tələsi" necə qurulur? | Həkim olmayan şəxs əməliyyat edirmiş! - XÜLASƏ
- “TikTok”da qeyri-etik paylaşımlar edən “Eliş” barədə sensasiya
- Bakıda “like” uğrunda avtoxuliqanlıq edən şəxs tutuldu
- Oyunda uduzanları “moyka”da çimdirdilər | "Şəxsiyyət və ləyaqətin alçaldılmasıdır"
