Tramp Floridaya niyə səfər edir?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Floridaya səfər etməyi planlaşdırdığını bildirib.
Amerika lideri bu barədə Şimali Karolinaya uçuşdan əvvəl Ağ Evdə açıqlama verib.
Tramp orada iqtisadiyyat barədə çıxış etmək niyyətindədir. Bu, Mayamidə Ukrayna ilə bağlı yeni danışıqlar raundu ərəfəsində baş tutacaq.
"Biz qısa müddətə Floridaya gedirik, əsasən, işlə bağlı. Çoxlu görüşlərimiz planlaşdırılıb", – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, səfər zamanı sığorta şirkətləri ilə məsələlərin müzakirəsi də nəzərdə tutulur.
"Biz sığorta şirkətləri ilə danışmaq və onların tariflərini əhəmiyyətli dərəcədə azalda bilib-bilməyəcəyimizi görmək istəyirik. Əgər bunu edə bilməsək, sadəcə insanlara birbaşa ödəyəcəyik. Onlar özləri özlərinə tibbi sığorta alacaqlar", – deyə ABŞ Prezidenti əlavə edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
- Seçkilərdən sonra Yaxın Şərqdə yeni gərginlik riski | Trampın iqtisadi hesabı nədir? - Baku TV
- Aralıq seçkiləri ABŞ-nin İranla bağlı siyasətində nəyi dəyişəcək? - Baku TV
- Cənubi Qafqaz böyük geosiyasi oyunun mərkəzində: Trampın zəifləməsi kimə sərf edir? - AKTUAL GÜNDƏM
