Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsinin iqtisadi yükü Avropanın enerji siyasətinə, qlobal ərzaq təhlükəsizliyinə və beynəlxalq ticarət marşrutlarına təsir göstərir.
Belə bir şəraitdə Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbula səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü xüsusi əhəmiyyət daşıyır. Liderlər Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, taxıl dəhlizinin fəaliyyəti və sülh danışıqlarının perspektivlərini müzakirə ediblər.
Politoloq Nazim Cəfərsoy hesab edir ki, hazırkı mərhələdə Türkiyənin vasitəçiliyi ilə üç əsas istiqamətdə irəliləyiş əldə oluna bilər: taxıl dəhlizinin bərpası, Qara dənizdə dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi və sülh danışıqlarının təşkili.
Onun sözlərinə görə, hazırkı şəraitdə ən real nəticə Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi və taxıl dəhlizinin yenidən gündəmə gətirilməsi istiqamətində ola bilər:
“Güman edirəm ki, Zelenski ilə Ərdoğan arasında müzakirələrdən sonra Türkiyə Prezidenti bu məsələni Putinlə telefon danışığında da qaldıracaq. Rusiya bu məsələdə müəyyən qədər yumşaq mövqe nümayiş etdirə bilər. Çünki Qara dənizdə dəniz nəqliyyatının təhlükəsizliyi taxıl dəhlizinin fəaliyyəti üçün də zəruri şərtdir”.
#Nazim Cəfərsoy teqi istifadə olunub
- BMT qətnamələrini özü icra edən Azərbaycan | Hərbi əməliyyatlara niyə ehtiyac yarandı? - Baku TV
- Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?
- Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV
- Ermənistanın mövqeyi dəyişir | İrəvan Bakının dediyini edəcək, yoxsa...?
