Pleyeri seçin:

Ermənistanın mövqeyi dəyişir | İrəvan Bakının dediyini edəcək, yoxsa...?

13 fevral 2025 271 baxış

“Ermənistan Zəngəzur dəhlizi məsələsində yalnız keçidə icazə verilməsi ilə bağlı müxtəlif formalar təqdim edib, öz yanaşmasını ortaya qoyurdu. Bu təkliflərdə “sadələşdirilmiş keçid” və “tranzit keçid” kimi terminlərdən istifadə edilir. Azərbaycan isə “dəhliz” və təhlükəsizliyin tam təmin olunması tələblərini irəli sürüb. Beynəlxalq münasibətlərdə “dəhliz” və “keçid” anlayışlarına dair konkret bir düstur mövcud olmadığı üçün hər iki tərəf bu məsələdə fərqli terminologiyalardan istifadə edir”.

Bu sözləri “Axar.az”a QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Ermənistan parlamentinin sədri Alen Simonyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan eksterritorial – dəhliz modelindən qəti şəkildə imtina etsə də, Alen Simonyanın son bəyanatı İrəvanın artıq Azərbaycanın tələblərinə daha uyğun bir yanaşma nümayiş etdirdiyini göstərir:

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin açıqlamaları son vaxtlar müsbət yöndə dəyişməyə doğru inkişaf edir. Bu, hələlik ritorik bir açıqlama olsa da, tərəflər arasında gələcəkdə keçiriləcək danışıqlarda və müzakirələrdə bu yanaşmanın necə praktikaya çevriləcəyi daha dəqiq şəkildə ortaya çıxacaq”.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan möhürlənmiş yüklərin dayanmadan Zəngəzurdan maneəsiz keçməsini təmin etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, bu, hələlik dəmiryol nəqliyyatına aiddir, yük maşınları və nəqliyyat vasitələrinin keçidi isə müzakirə edilməlidir.

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 271 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 271 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 271 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 271 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 271 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 271 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 271 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 271 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 271 baxış
Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 271 baxış
Seçilmişlər
icon