Pleyeri seçin:

Üfunətli suda saxlanılan balıqlar satılıb?

20 fevral 2023 587 baxış

Bakı-Siyəzən-Quba avtomagistralının kənarındakı ərazidə sanitariya və gigiyena qaydalarına əməl olunmadan satılan balıqlar süni gölməçələrdə üfunətli suda ölü balıqlarla birgə saxlanılır.

Bu antisanitar vəziyyət Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarət-profilaktik yoxlamaları nəticəsində ortaya çıxıb. Keçirilən birgə nəzarət tədbirləri zamanı Sumqayıt, Siyəzən, Şabran və Xudat şəhərlərində qanunsuz ovlanmış körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib.

Araşdırma zamanı Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların icazəsiz tutulub satılmasını təşkil edənlərin Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Həkim Məsimov, Ramil Ağamalıyev, Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib. Bu şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerliklə Mübarizə Bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşları tərəfindən Nizami rayonu “8-ci kilometr” qəsəbəsində yerləşən bazarda da sanitar qaydalara əməl olunmadan balıqların, eləcə də nərə cinsli balıq körpələrinin satıldığı müəyyən edilib.

Su polisləri tərəfindən ökə ərazisində qanunsuz balıq ovu, xüsusən də Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri Xaçmaz, Lənkəran, Neftçala və Salyan şəhərlərində də davam etdirilir.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 587 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 587 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 587 baxış
Seçilmişlər
icon