Pleyeri seçin:

Vaqonda yaşayan kimsəsiz kuryer: Bizi adam yerinə qoymurlar - ARZUNUN VAXTI

11 fevral 2025 442 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı şəhərin ən bahalı yerində vaqonda yaşayan kimsəsiz Saleh Həsənov olub.

Uşaq evində böyüdüyünü söyləyən S.Həsənov bildirib ki, 13 ildən çoxdur vaqonda qalır:

“32 yaşım var, uşaq evində böyümüşəm. 8 il orada oxumuşam. Atam 2024-cü ilin fevralın 8-də dünyasını dəyişib. O da bu vaqonda yaşayırdı. Anamla atam mən uşaq ikən ayrılıblar, səbəbini isə bilmirəm.

Bir bacım var, amma onunla əlaqəm yoxdur. Anam bacımı götürüb gedib, məni isə atam böyüdüb. O, dostunun məsləhəti ilə məni internata qoyub ki, təhsil alım. Amma hər dəfə tətil olanda məni götürüb yanına gətirirdi, onunla qalırdım. Atamla münasibətim çox yaxşı idi. O, dünyasını dəyişəndən həyatdan küsmüşəm. İndi-indi özümə gəlirəm”.

S.Həsənovun sözlərinə görə, sevdiyi qız evi olmadığı üçün onu tərk edib:

“Evsiz olduğuma görə ailə həyatı qura bilmədim, çox qız məndən üz döndərdi. Sevdiyim qız var idi, ev probleminə görə onunla da alınmadı. Çox istəyirəm ki, bir evim olsun. Bunun üçün gecə-gündüz dua edirəm”.

Kuryer işlədiyini söyləyən S.Həsənov bəzi müştərilərin onunla pis davrandığını deyib:

“Çatdırılma edəndə müştərinin qapısını döydüm ki, sifarişi təhvil alsın. Mənə “qapını döyərək niyə narahat edirsən?!” dedi. Başqa bir müştəri isə ünvana çatdığım zaman “qardaş, gözlə, hamama girim, çimim” deyib. Bəzi müştərilər çox aqressiv danışırlar. Bizi adam yerinə qoymayanlar çoxdur”. 

Mərdəkanda qalmaqal yaradan görüntülər yayıldı | Araşdırma nələri üzə çıxardı? - Baku TV

Mərdəkanda qalmaqal yaradan görüntülər yayıldı | Araşdırma nələri üzə çıxardı? - Baku TV

Cəmiyyət
20 iyun 2026 442 baxış
Xarabalığa çevrilən “Qızılqum” sanatoriyasından dəhşətə gətirən görüntülər - Baku TV

Xarabalığa çevrilən “Qızılqum” sanatoriyasından dəhşətə gətirən görüntülər - Baku TV

Cəmiyyət
20 iyun 2026 442 baxış
İctimai tualetlər niyə azdır? - “Bu boyda “Elmlər Akademiyası”nda 1 dənədir, o da...” - Baku TV

İctimai tualetlər niyə azdır? - “Bu boyda “Elmlər Akademiyası”nda 1 dənədir, o da...” - Baku TV

Cəmiyyət
20 iyun 2026 442 baxış
Tibb dünyasını heyrətə gətirən kəşf | Bu ürək xəstəliyi tarixə qovuşur? - Baku TV

Tibb dünyasını heyrətə gətirən kəşf | Bu ürək xəstəliyi tarixə qovuşur? - Baku TV

Cəmiyyət
20 iyun 2026 442 baxış
Astma xəstələrinin mütləq bilməli olduğu məlumatlar və müalicə üsulları - BAKU MED

Astma xəstələrinin mütləq bilməli olduğu məlumatlar və müalicə üsulları - BAKU MED

Cəmiyyət
20 iyun 2026 442 baxış
İzmirdə məlumatlandırma sessiyası keçirilib - Baku TV

İzmirdə məlumatlandırma sessiyası keçirilib - Baku TV

Cəmiyyət
20 iyun 2026 442 baxış
"Evdar yox, işləyən qadın ərini daha yaxşı anlayır" | Mehriban Əhmədova: "Deyirlər, kişisən sən?!"

"Evdar yox, işləyən qadın ərini daha yaxşı anlayır" | Mehriban Əhmədova: "Deyirlər, kişisən sən?!"

Cəmiyyət
19 iyun 2026 442 baxış
Media nümayəndələri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində nələrlə tanış oldular? - Baku TV

Media nümayəndələri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində nələrlə tanış oldular? - Baku TV

Cəmiyyət
19 iyun 2026 442 baxış
Xəzər dənizi sahillərində yeni mənzərə | Rusiyanın Okeanologiya İnstitutundan açıqlama - Baku TV

Xəzər dənizi sahillərində yeni mənzərə | Rusiyanın Okeanologiya İnstitutundan açıqlama - Baku TV

Cəmiyyət
19 iyun 2026 442 baxış
Məktəblər arasında "Yeni Nəsil Kuboku" uğrunda çempionat keçirildi - Baku TV

Məktəblər arasında "Yeni Nəsil Kuboku" uğrunda çempionat keçirildi - Baku TV

Cəmiyyət
19 iyun 2026 442 baxış
Seçilmişlər
icon