“Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş təmas xəttinə düşən ərazilər uzun illər müharibənin izlərini daşıyan, hər addımında mina təhlükəsi gizlənən ərazilərdir. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təşkil olunan mediatur zamanı Füzuli rayonunda aparılan humanitar minatəmizləmə əməliyyatları, eləcə də bəzi ərazilərin çəpərlənməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
ANAMA-nın təmizləmə dəstəsinin əməliyyat rəhbəri Cabir Səmədov bildirib ki, çəpərlənən ərazilər keçmiş təmas xəttinə düşdüyü üçün mina və partlamamış hərbi sursatlarla çirklənmiş sahələr hesab olunur:
“Çəpərləmənin mahiyyəti ondan ibarətdir ki, keçmiş təmas xətti olan bu ərazilər çəpər daxilində qalır. Çünki həmin sahələr mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdir.
Çəpərləmənin məqsədi yaxınlıqda yerləşən kəndlərdə aparılan tikinti, quruculuq və bərpa işləri zamanı, həmçinin ferma təsərrüfatlarının fəaliyyəti çərçivəsində insanların bu təhlükəli ərazilərə daxil olmasının qarşısını almaqdır. Bu baxımdan Füzuli rayonu ərazisində ümumilikdə 91 kilometrdən artıq çəpərləmə işləri yekunlaşdırılıb”.
#Füzuli teqi istifadə olunub
- XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI
- 100-dən çox idmançı Füzulidə | "Mingəçevir Reqatası-2026" haqqında sakinlər nə düşünür? - Baku TV
- Türkmənistanın Füzulidə inşa etdiyi məscid barədə Sərdar Berdiməhəmmədova məlumat verildi - Baku TV
- İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV
- Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV
