XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI
“Qarabağ xronikası”nın budəfəki buraxılışında Füzulinin azad edilməsi əməliyyatının hərbi-strateji əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, 2020-ci ilin oktyabrında Füzulinin azad olunması birbaşa hücumla deyil, şəhərdən kilometrlərlə uzaqda yerləşən yüksəkliklərin, yol qovşaqlarının və arxa mövqelərin nəzarətə götürülməsi ilə həyata keçirilib. 1993–1994-cü illərdə Horadiz əməliyyatı ilə 21 min hektar ərazi azad edilib, 2016-cı ilin Aprel döyüşlərində isə Lələtəpə geri qaytarılıb.
Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 29–30-da Qaraxanbəyli və Aşağı Seyidəhmədli ətrafındakı ağır döyüşlərdən sonra Hadrutun azad edilməsi ilə əməliyyatların istiqaməti dəyişib.
Vurğulanıb ki, oktyabrın 15-də Füzuliyə çəkilən düşmən qrupu pusquya salınıb, oktyabrın 16–17-də təzyiqi artıran Azərbaycan Ordusu oktyabrın 17-də Füzuli şəhərini işğaldan tam azad edib.
