Ermənistanın Amasiya kəndində Azərbaycan irsinin izləri | Kəndin keçmişi hansı faktları üzə çıxarır?
Ermənistanın Şirak vilayətində yerləşən Amasiya kəndinin tarixi. Burada azərbaycanlıların əsrlər boyu yaşaması və əhalinin demoqrafik dəyişiklikləri tarixi sənədlər və statistik məlumatlar əsasında araşdırılıb. Müxtəlif dövrlərə aid mənbələrdə kəndin adı, əhalisinin sayı və etnik tərkibi barədə məlumatlar yer alır.
Tarixi mənbələrə görə, Amasiyada XIX əsrin sonlarından XX əsrin sonlarınadək azərbaycanlılar yaşayıblar. 1980-ci illərin sonlarında isə azərbaycanlılar Ermənistan ərazisini tərk etməyə məcbur olublar. 2021–2024-cü illərdə aparılan sahə araşdırmaları zamanı kənddə Azərbaycan qəbiristanlığı aşkar edilib. Qəbirüstü abidələrin bir hissəsinin sındırıldığı, üzərindəki yazı və təsvirlərin pozulduğu bildirilib.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
