Videosu yayılan narkoman avtobus sürücüsü ilə bağlı yeni xəbər
Sosial mediada görüntüləri yayılan “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov qeyri-etik ifadələr işlədərək sərnişin daşıyır.
Onun dəfələrlə məhkumluq həyatı yaşadığı, narkotik istifadəçisi olduğu deyilir 40 saylı müntəzəm marşrut xəttinin sürücüsü kimi çalışan bu şəxsin dəfələrlə avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftarı, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib. Onun həm də yoluxucu xəstəlik daşıyıcısı olduğu bildirilib.
Sürücülər isə bu şəxsi tanımadıqlarını iddia edirlər. Sərnişinlər də həmin şəxsi yalnız sosial şəbəkədəki videoda gördüklərini deyirlər.
Məsələ ilə bağlı marşrut xəttini istismar edən daşıyıcı şirkətin direktoru İsmayıl Hüseynov bildirib ki, sözügedən sürücü sınaq müddətində olub, əvvəlcədən narkoloji dispanserdə yoxlanışdan keçib:
“Sürücü Ağaməmmədov Bəxtiyar Yadigar oğlu 2024-cü il mayın 7-də işə düzəlmək üçün bizə müraciət edib. Müəyyən təlimlərdən, tibbi müayinələrdən keçəndən sonra sınaq müddətinə işə buraxılıb. Sosial şəbəkədə yayılan kadrlar həmin vaxt çəkilib. Mayın 24-də öz xahişi ilə sürücü işdən azad olunub”.
