Pleyeri seçin:

Xalq artistləri gənclərə əngəl olur? - Narazılıq

10 iyun 2025 643 baxış

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Opera günləri” layihəsi çərçivəsində təqdim olunan Üzeyir Hacıbəyovun ölməz əsəri “Leyli və Məcnun” sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Narazılıqların əsas səbəbi isə Leyli və Məcnun rollarının gənc ifaçılara verilməməsidir.

Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimovun məktəbindən çıxmış onlarla gənc, istedadlı muğam ifaçısı olmasına baxmayaraq, Opera və Balet Teatrının səhnəsində yenidən məhz bu iki sənətkarın çıxış etməsi sosial platformalarda fikir ayrılığına səbəb olub.

İddialara görə, sənətkarlar Leyli və Məcnunun məhəbbətini gənc ifaçıların səs tellərinə rəva bilmirlər.

Xanəndə Kamilə Nəbiyevanın Leyli obrazı üzərində üç ay məşq etməsinə baxmayaraq, sonda səbəbsiz yerə afişalardan adının çıxarılması bir müddət əvvəl ictimai narazılıq doğurmuşdu.

Əməkdar artist Nigar Şabanova isə verdiyi müsahibələrin birində deyib ki, bu səhnədə Leyli olmaq üçün “əlini cibinə salmaq” lazım gəlir.

Məsələ ilə bağlı Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov da münasibət bildiriblər.

Nəzakət Teymurova deyib: “Yetərincə Leyli və Məcnunumuz var. Bu barədə danışmaq istəmirəm. Həmin teatrda çalışıram, hansı rolu versələr, onu da ifa edirəm”.

Mənsum İbrahimov isə bildirib: “İldə bir dəfə tamaşaçıların istəyi ilə Məcnun rolunu ifa edirəm. Bu gün orada kifayət qədər ifaçılar var. Onların çoxunu da elə mən özüm gətirmişəm”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 643 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 643 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 643 baxış
Seçilmişlər
icon