Pleyeri seçin:

Xərçəng xəstəliyinin qarşısını ala bilən canlılarla bağlı sirli faktlar | ARAŞDIRMA

26 noyabr 2024 598 baxış

Baku TV-də göbələklər haqqında araşdırma materialı yayımlanıb.

Bildirilib ki, göbələklər bitki sayılsa da, heyvanlara yaxındır. Onların hüceyrələrindəki kimyəvi maddələrə xərçənglərdə rast gəlinir.

Diqqətə çatdırılıb ki, bitkilərin intellekti və öz aralarında kommunikasiyanın olması haqda elmi araşdırmaları kanadalı ekoloq Suzanna Simard aparır və belə nəticəyə gəlinir ki, bütün bitkilər, meşələr, dünyanın ağac örtüyü bir-biri ilə əlaqədədir.

S.Simardın araşdırmasına görə, bütün bitki aləmi göbələklər vasitəsilə xəbərləşir. Beləliklə, sanki göbələk aləmi təbiətin, yaşıl aləmin internetidir.

Planetin ən böyük canlısı da göbələkdir. ABŞ-nin Oreqon ştatındakı meşədə aşkar edilib. Canlı orqanizmin yeraltındakı cücərtilərinin sahəsi 880 hektar, yaşı isə 2 400 ildir. Onu “Canavar” adlandırırlar.

Onun cücərtiləri torpaq qatından bir metr aşağıda yerləşir və təxminən 1 665 futbol meydançasına bərabər olan ərazini əhatə edir.

Hallüsinasiyaya səbəb olan göbələklərin tərkibindəki maddələr insan beynindəki serotonin reseptorlarına təsir edir. Nəticədə görmə, eşitmə və duyğu hallüsinasiyaları kimi dəyişikliklərə səbəb olur. Bu növlər “Sehrli göbələklər” adı ilə tanınır.

Sözügedən göbələklərin istifadəsi qədim zamanlardan bəri bir çox mədəniyyətlərdə dini ayinlərdə və şamanist rituallarda geniş yayılıb. Göbələklərin təsiri adətən 4-6 saat davam edir və bu zaman fərqli hallüsinasiyalar, ətraf mühitlə harmonik bir duyğu və bəzi hallarda dərindən düşünmə vəziyyəti yaşanır.

Mikoloq Elgün Mustafabəyli insanlara hallüsinasiyaya səbəb olan göbələklərdən istifadə etməyi məsləhət görmür:

“Çünki göbələk çox fərqli bir qida vasitəsidir və hər bir insanda müxtəlif reaksiyalara səbəb ola bilər. Sözügedən göbələklər qaraciyərə zərərdir. Çünki onların dozası hələ ki dəqiq müəyyən edilməyib. Biz onu istifadə edib heç nə hiss etməyə də bilərik, amma iki-üç il sonra qaraciyər çatışmazlığı yarada bilər və ya daha gənc yaşda həyatımızı itirə bilərik”.  

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 598 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 598 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 598 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 598 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 598 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 598 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 598 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 598 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 598 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 598 baxış
Seçilmişlər
icon