Pleyeri seçin:

Xərçəngə qarşı istifadə edilən qidalar | Daha hansı xeyirləri var?

19 aprel 2025 988 baxış

Mütəxəssislər gündəlik istifadə olunan və hər mətbəxdə tapıla biləcək, güclü müalicəvi xüsusiyyətlərə malik məhsul və ədviyyatların siyahısını açıqlayıblar. Bu məhsullar təkcə dadına görə deyil, həm də sağlamlığa müsbət təsirləri ilə seçilir. Bəziləri “pis” xolesterini azaldır, immuniteti gücləndirir və xərçəngin qarşısının alınmasında köməkçi ola bilir.

Sarımsaq bu siyahıda haqlı olaraq lider mövqedədir. Onun tərkibində antibakterial, göbələk və parazit əleyhinə maddələr var. Ən əsası isə sarımsaq doğrandıqda və ya əzildikdə yaranan allisin maddəsi xərçəngin, o cümlədən ağciyər, mədə və yoğun bağırsaq xərçənginin inkişafının qarşısını almağa kömək edir.

Darçın sadəcə şirniyyata əlavə edilən ədviyyat deyil, həm də təbii antioksidantdır. O, qanda şəkərin səviyyəsini stabilləşdirir, iltihabları azaldır və əzələ, oynaq ağrılarını yüngülləşdirir.

Cəfəri isə orqanizmdən toksinləri çıxarır, C, A və K vitaminləri ilə zəngindir. Sümüklərin və diş ətlərinin sağlamlığı üçün faydalıdır.

Dünyanın ən bahalı ədviyyatlarından biri olsa da, zəfəranın müalicəvi xüsusiyyətləri misilsizdir. Onun tərkibindəki krosin maddəsi xüsusilə qaraciyər xərçəngində xərçəng hüceyrələrinin inkişafını ləngidə bilir.

Zəncəfil uzun illərdir ki, ürəkbulanma və həzm problemlərinə qarşı təbii vasitə kimi istifadə olunur. Araşdırmalar göstərib ki, onun aktiv maddələri xərçəng hüceyrələrinin artımını yavaşlada və immuniteti gücləndirə bilər.

Bu sadə və əlçatan məhsullar düzgün və balanslı şəkildə rasiona daxil edildikdə, ciddi xəstəliklərin qarşısının alınmasında güclü köməkçi ola bilər.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 988 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 988 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 988 baxış
Seçilmişlər
icon