Cəmiyyət
Pleyeri seçin:

Yeni ilin qeyd edilməsini və şam ağacının qurulmasını kim qadağan etdi? | Sarsılmayan adət-ənənələr

22 dekabr 2024

Ta qədimlərdən günümüzə qədər təqvim günlərinin bayram edilməsi, insanların gələcək günlərdən umduqları, təzə ilin başlaması ilə gələn o yenilənmə və ümid tarix boyu dəyişməz olaraq qalıb. Elə bu səbəbdəndir ki, bəşəriyyət Yeni ili min illərdir qeyd edir.

Yeni ili qeyd etməyin tarixini araşdırsaq görərik ki, bu, Mesopotamiya dövrünü əhatə edir. Yəni eramızdan 2000 il əvvəl. İnsanlar yazın gəlişini və təbiətin oyanmasını bayram edərmişlər. Bu bayram Şumer-Akkad mifologiyasındakı baş Tanrı sayılan Mardukun şəninə qeyd olunardı. Bu zaman insanlar 12 gün ərzində işləməzdilər. Rituallar keçirər və Tanrılarına yaxşı əməl sahibi olacaqlarına dair söz verərmişlər.

Qədim misirlilər, finikiyalılar Yeni ili payız gecə-gündüz bərabərliyi günündə qeyd edirdilər. Bu tarix eramızdan əvvəl 7-ci əsri əhatə edir. Bayram təqribən 20 sentyabrda baş tuturdu. Əsl məhsul bayramını xatırladan bu təntənə Nil çayında suyun artmasına həsr olunurdu. Bu nəhəng çay torpaqlara can verər və yeni həyatın rifahla başlanacağını vəd edərdi. Misirlilər bu bayramda Nil Tanrısına qurbanlar kəsərdilər ki, sudan bol məhsul götürə bilsinlər.

Yeni il ərəfəsində şam ağacı bəzədilməsi daha çox 19-cu əsrdən başlayaraq adət halını alıb. Əvvəllər bu ağac Milad bayramı ilə assosiasiya olunsa da, sonralar Sankt-Peterburqun ən böyük meydanında qurularaq bəzədilirdi.

Sovetlər Yeni ilin keçirilməsinə belə müdaxilə edərək illərlə bəzədilən şam ağacına, bayrama münasibəti dəyişr. Şam ağacı da, Yeni ilin bayram edilməsi də aradan qaldırılır. Bayram günləri iş günü elan olunur.

Keçən əsrin 20-ci illərində isə heç kəsi bu bayramı evində belə qeyd etməyə icazə vermirdilər. Buna nəzarət edən məsul şəxslər də var idi. İnsanların evinə girərək yoxlayırdılar ki, görsünlər, şam ağacı bəzədilib, ya yox. Amma bu, çox sürmür. 1936-cı ildə şam ağacı əvvəlki kimi Yeni ilin əsas simvoluna çevrilib və bu ənənə indiyədək davam edir.

Kopyalandı
Bizə sərf eləmir, ziyandayıq | Xaçmaz fermerləri çıxılmaz vəziyyətdə

Bizə sərf eləmir, ziyandayıq | Xaçmaz fermerləri çıxılmaz vəziyyətdə

Cəmiyyət
23 dekabr 2024
Fastfud sevənləri məyus edən xəbər | Əgər bu limiti keçirsinizsə...

Fastfud sevənləri məyus edən xəbər | Əgər bu limiti keçirsinizsə...

Cəmiyyət
23 dekabr 2024
O klinika tabeçiliyimizdə deyil, amma... | TƏBİB-dən ölüm halları barədə məlumat

O klinika tabeçiliyimizdə deyil, amma... | TƏBİB-dən ölüm halları barədə məlumat

Cəmiyyət
23 dekabr 2024
Mixail Qusman “Rossiya 24”də Azərbaycanın qış kurortlarından danışdı

Mixail Qusman “Rossiya 24”də Azərbaycanın qış kurortlarından danışdı

Cəmiyyət
23 dekabr 2024
İnsanlar bu kənddən niyə qaçıb? | Qurum əməkdaşı açıqlama verdi

İnsanlar bu kənddən niyə qaçıb? | Qurum əməkdaşı açıqlama verdi

Cəmiyyət
23 dekabr 2024
Arılar bu mövzuda milçəklərdən dözümlü çıxdı | Maraqlı məlumatlar

Arılar bu mövzuda milçəklərdən dözümlü çıxdı | Maraqlı məlumatlar

Cəmiyyət
23 dekabr 2024
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı | Böyük Qayıdış davam edir

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı | Böyük Qayıdış davam edir

Cəmiyyət
23 dekabr 2024
Xalq artisti Mirzə Babayevin xatirə gecəsi keçirildi

Xalq artisti Mirzə Babayevin xatirə gecəsi keçirildi

Cəmiyyət
23 dekabr 2024
Donbasda faciələrə məruz qalan azərbaycanlılar Baku TV-yə danışdı

Donbasda faciələrə məruz qalan azərbaycanlılar Baku TV-yə danışdı

Cəmiyyət
22 dekabr 2024
Qayıdış zamanı qadın və uşaqlar niyə xüsusi nəzərə alınmalıdır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qayıdış zamanı qadın və uşaqlar niyə xüsusi nəzərə alınmalıdır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Cəmiyyət
22 dekabr 2024
Seçilmişlər
icon