Pleyeri seçin:
Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı
32 ildən sonra Laçın torpaqlarında ikinci toy sədası eşidilib.
Laçında illər sonra ikinci toy mərasimi Zabux kəndində gerçəkləşib. Toy məclisi həm də el adəti ilə, yəni mağarada baş tutub.
Zabux kəndinin gəncləri olan Laçın Cəlil oğlu Vəliyev və Nuray Namiq qızı Abbasovanın şad günündə ailə üzvləri ilə bərabər kənd sakinləri, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndliyinin əməkdaşları və digər şəxslər də iştirak ediblər.
“Bu gün Laçının işğal günüdür, həmin gün biz burada övladımıza toy edirik. Bundan gözəl şey ola bilməz. Allah bütün məcburi köçkünlərin hamısına qismət etsin ki, öz yerlərində, yurdlarında balalarının toyunu etsinlər”, – gəlinin atası söyləyib.
Kopyalandı
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
