Pleyeri seçin:

10 milyondan çox insan yaşayışını itirib | ÜST-dən təcili çağırış

09 sentyabr 2024 433 baxış

Sudanda ötən ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus məlumat verib.

O, dərhal atəşkəsə və humanitar tədbirlərə beynəlxalq maliyyə dəstəyinin artırılmasına çağırıb.

Baş direktor xatırladıb ki, münaqişə səbəbindən Sudanda 10 milyondan çox insan ölkə daxilində evlərini tərk etmək məcburiyyətində qalıb, daha iki milyon insan isə qonşu ölkələrə qaçmağa məcbur olub.

“Fövqəladə vəziyyətin miqyası, eləcə də münaqişənin qarşısını almaq və onun gətirdiyi əzablara cavab vermək üçün görülən tədbirlərin qeyri-adekvatlığı sarsıdıcıdır”, – deyə təşkilat rəhbəri bildirib.

O qeyd edib ki, ölkə əhalisinin yarıdan çoxu – təxminən 25 milyon sudanlı hazırda dəstəyə ehtiyac duyur.

“Biz dünyanı oyanmağa və Sudana yaşadığı kabusdan çıxmağa kömək etməyə çağırırıq”, – deyə T.Qebreyesus vurğulayıb.

Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri ilə ordu komandiri və Çevik Reaksiya Qüvvələrinin rəhbərləri arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları ilə bağlıdır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 433 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 433 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 433 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 433 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 433 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 433 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 433 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 433 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 433 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 433 baxış
Seçilmişlər
icon