Pleyeri seçin:

"32 ölkə ilə hücum əməliyyatları keçirə bilmərik" | Finlandiya Prezidentindən müharibə ilə bağlı açıqlama

17 mart 2026 605 baxış

Finlandiya Prezidenti Aleksander Stubb ABŞ-nin İranla bağlı hərbi əməliyyat planlarını əvvəlcədən Avropa müttəfiqləri ilə müzakirə etmədiyini, lakin hazırda bu məsələ üzrə aparıcı Avropa ölkələri ilə əlaqə saxladığını bildirib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Stubbun sözlərinə görə, Vaşinqton hazırda Paris, London və Berlinlə bu məsələ ətrafında təmasdadır.

“İlkin əməliyyat müttəfiqlərlə müzakirə olunmayıb, lakin əminəm ki, Prezident Donald Tramp hazırda Böyük Britaniya, Fransa və Almaniya ilə danışır”, – deyə o qeyd edib.

Finlandiya Prezidenti əlavə edib ki, NATO müttəfiqləri Ağ Ev rəhbərinin Hörmüz boğazının açılması ilə bağlı çağırışlarını ciddi qəbul etməlidirlər.

O vurğulayıb ki, NATO mahiyyət etibarilə müdafiə xarakterli alyansdır və genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün yaradılmayıb.

“Bu o deməkdir ki, biz 32 ölkə ilə hücum əməliyyatları keçirə bilmərik. Soyuq müharibədən sonra sülhməramlı missiyalar olub, lakin onlar beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində əsaslandırılıb. Hazırkı vəziyyət isə xeyli fərqlidir”, – deyə Stubb bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehran şəhərinə endirilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsrailə zərbələr endirdiyini açıqlayıb. Eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 605 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 605 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 605 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 605 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 605 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 605 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 605 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 605 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 605 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 605 baxış
Seçilmişlər
icon