4 günlük iş həftəsi özünü doğruldacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərində federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar.
İyulun 1-dən qüvvəyə minəcək qaydalar dövlət işçilərinin təyin olunmuş həftəlik iş saatlarını dörd gündə, yəni gündə 10 saatdan və ya həftədə 40 saatdan çox olmayan rejimdə seçmə hüququnu müəyyən edir. Bu, həm işçinin, həm də işəgötürənin razılığı ilə olmalıdır. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyənləşməyib.
“Sıxılmış iş həftəsi”nə keçid Birləşmiş Əmirliklərdə dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərindən biridir. Model həm ölkə daxilində, həm də xaricdə uzaqdan işləməyə və hibrid işə imkan verir.
Hazırda digər Körfəz ölkələri də daha qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini bildirib.
Dördgünlük iş rejiminə keçidlə bağlı müzakirələr uzun müdətdir ki, bir sıra Avropa ölkələrində də gündəmdədir. Ancaq bu istiqamətdə real addım yalnız Birləşmiş Ərəb Əmirliklərində atılmış oldu.
#Birləşmiş Ərəb Əmirlikləri teqi istifadə olunub
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Əbu-Dabidə keçiriləcək üçtərəfli görüş müharibənin taleyinə təsir edə bilərmi? - Baku TV
- Moskva və Kiyev hansı güzəştlərə hazırdır? | Diqqətlər Əbu-Dabiyə yönəlib - Baku TV CANLI
- Sülhə aparan ortaq yol tapılacaq?
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
