8 günlük kosmosa getsə də... | Astronavtın son halı görənləri heyrətləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Kosmik Stansiyaya (BKS) cəmi səkkizgünlük səfərə yollansalar da, gəmidə yaranan problemlər səbəbindən iki ildir Yerə qayıda bilməyən astronavtlardan Sunita Uilyamsın səhhətində problem yaranıb. NASA həkimləri onun sürətli arıqlamasından ciddi narahatdırlar.
Dərc edilmiş son şəkillərdə Sunita Uilyams sadəcə arıq deyil, taqətdən düşmüş görünür.
“İndi o, bir dəri və bir sümükdən ibarətdir. Buna görə də ilk növbədə çəki itkisini stabilləşdirməyə və yenidən çəkisinin bərpasına kömək etmək lazımdır”, – deyə NASA-dan bildirilib.
Xatırladaq ki, Butç Uilmor və Sunita Uilyamsın iştirakı ilə kosmik missiyanın ilkin olaraq təxminən bir həftə davam etməsi planlaşdırılıb, lakin stansiya ilə birləşmə zamanı gəmidə mühərrik problemi və ardınca helium sızması baş verib.
Aşkar edilmiş nasazlıqları aradan qaldırmaq mümkün olmayıb. Buna görə də NASA “Starliner”in Yerə ekipajsız qayıtmasına qərar verib. B.Uilmor və S.Uilyamsın təxliyəsi isə 2025-ci ilin fevralına planlaşdırılıb.
#NASA teqi istifadə olunub
- NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək
- Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
