Pleyeri seçin:
ABŞ cavaba keçir | SEPAH-a aid 85 hədəf bombalandı, indi isə...
“ABŞ İraq və Suriyadakı iranyönlü qüvvələrə hücumdan sonra İrana birbaşa zərbə endirməlidir”.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib.
“Mən demirəm ki, bu ilk hücum rejim üçün təhlükə yaratmalıdır. İranın daxilində çoxlu hədəflər, Qüds qüvvələrinin bazaları, hava hücumundan müdafiə sistemləri və başqaları var. Onları məhv etmək yaxşı fikirdir və bu bir mesajdır”, – C.Bolton vurğulayıb.
Qeyd edək ki, ABŞ fevralın 2-dən 3-nə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, ABŞ-nin 28 yanvarda İordaniyadakı hərbi bazasına hücum nəticəsində 3 əsgərinin ölümü, 34-nün yaralanmasına cavabdır.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI
- Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV
- Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb
- Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV
- Liderlər Mayamidə razılığa gələ biləcəklər? - Ərdoğanla müzakirədə diqqətçəkən detal - Baku TV
