Pleyeri seçin:

ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan bu siyahıda liderdir

27 aprel 2026 421 baxış

2025-ci ildə dünya dövlətlərinin məcmu hərbi xərcləri 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,9% artaraq 2 trilyon 887 milyard dollar təşkil edib.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yeni hesabatında yazılıb.

İnstitutun analitiklərinin qiymətləndirmələrinə görə, ABŞ-də hərbi ehtiyaclara çəkilən xərclər azaldığı halda, Avropada bu xərclər 14%, Asiya-Sakit okean regionunda isə 8,1% artıb.

Bununla yanaşı, ən böyük müdafiə büdcəsinə malik üç dövlət – ABŞ, Çin və Rusiya birlikdə 1 trilyon 480 milyard dollar xərcləyib ki, bu da dünya həcminin 51%-nə bərabərdir.

Rusiyanın hərbi xərcləri 2025-ci ildə 5,9% artaraq 190 milyard dollara çatıb ki, bu da onun ÜDM-nin 7,5%-ni təşkil edir.

2025-ci ildə hərbi məqsədlər üçün ən çox vəsait xərcləyən yeddinci ölkə Ukrayna xərclərini 20% artıraraq 84,1 milyard dollara və ya ÜDM-in 40%-nə çatdırıb.

Hərbi xərclərdəki artım artıq ardıcıl on birinci ildir ki, qeydə alınır. Onların dünya ümumi daxili məhsuluna nisbəti 2,5%-ə çatıb ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.

Amerikanın xərcləri nəzərə alınmadan 2025-ci ildə silahlanmaya çəkilən ümumdünya xərcləri 9,2% artıb. Müdafiə xərclərinin həcminə görə ilk beşliyi ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan təşkil edib ki, bütün dünya hərbi xərclərinin 58%-i ümumilikdə onların payına düşüb.

Banner
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 421 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 421 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 421 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 421 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 421 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 421 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 421 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 421 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 421 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 421 baxış
Seçilmişlər
icon