ABŞ daha bir tankeri ələ keçirdi
ABŞ Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda daha bir tankeri ələ keçirib.
Bu barədə "Reuters" və "Bloomberg" məlumat yayıb.
Qeyd olunur ki, Panama bayrağı altında üzən və ABŞ sanksiyaları altında olan "Bella 1" tankeri Venesuelaya yükləmə üçün gedib. Bu isə artıq üçüncü ələ keçirmə hadisəsidir.
Bundan əvvəl dekabrın 10-da "Skipper" tankeri və şənbə günü isə "Centuries" supertankeri saxlanılmışdı.
Bu arada, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib ki, Vaşinqton administrasiyası Amerika qüvvələrinin Venesuela sahillərində neft tankerlərini ələ keçirməsi səbəbindən ABŞ-də enerji daşıyıcılarının qiymətinin artacağını proqnozlaşdırmır.
"Bu, dünya təklifi ilə müqayisədə kiçik həcmdə neftdir. Ona görə də hesab etmirəm ki, ABŞ əhalisi bu gəmilərin ələ keçirilməsinə görə qiymət artımı ilə bağlı narahat olmalıdır. Onların sayı cəmi bir neçədir və onlar qara bazarla əlaqəli idilər", – deyə K.Hasset əlavə edib.
#ABŞ teqi istifadə olunub
- ABŞ-də seçki, İranda gərginlik: TRIPP üçün risklər artır - AKTUAL GÜNDƏM
- ABŞ İranı qadağan olunmuş sursatlarla vurub? - Baku TV CANLI
- 2,5 milyon il əvvələ aid nəhəng diş tapılıb
- İran ABŞ-nin kimyəvi silahdan istifadə etdiyini iddia edir
- ABŞ Prezidenti İrlandiyanın birləşməsini dəstəklədiyini açıq şəkildə ifadə edib
