ABŞ-dən miqrantlarla bağlı yeni təklif
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nyu-York şəhərinin rəhbərliyi bölgədə miqrantların sayını azaltmaq üçün maraqlı təklif irəli sürüb.
Miqrantlara dünyanın istənilən yerinə birtərəfli pulsuz uçuş biletləri təklif edilib. Buna səbəb olaraq şəhərdəki sığınacaqlarda boş yerlərin olmaması göstərilib.
Miqrantların sayının azaldılması üçün səylərin gücləndirildiyini deyən şəhər meri sığınacaq axtarışında olan şəxslərin dünyanın istənilən yerinə pulsuz, birtərəfli biletlərlə təmin edilməsi məqsədilə xüsusi ofisin yaradıldığını da açıqlayıb.
Erik Adams 2023-cü ilin noyabrından bu qərarın icra olunacağını və bununla da şəhərin yükünün bir qədər azalacağını bildirib.
Şəhər merinin sözlərinə görə, fərdi şəxslərin 30, uşaqlı miqrant ailələrinin isə 60 gün qalması üçün nəzərdə tutulan müvəqqəti şəhər sığınacaqlarında vəziyyət heç də ürəkaçan deyil. Bölgədəki mövcud vəziyyətin artıq pik həddə çatdığı bildirilib.
Qeyd edək ki, Nyu-York şəhəri 2022-ci ildən bəri 130 mindən çox mühacir qəbul edib. 65 mindən çox insan isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
#ABŞ teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
