Pleyeri seçin:

ABŞ Dövlət Departamenti vətəndaşlarına İrandan dərhal çıxmağı tövsiyə edib

06 fevral 2026 565 baxış

ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına İrandan dərhal çıxmağı tövsiyə edib və bunun üçün Ermənistan və ya Türkiyə üzərindən çıxış imkanlarını nəzərdən keçirməyi məsləhət görüb.

ABŞ-nin xarici siyasət qurumu cümə axşamı yaydığı bildirişdə aviareyslərin qəfil dayandırılması ehtimalına diqqət çəkərək, amerikalılara “dərhal İranı tərk etməyi” bir daha xatırladıb.

Sənəddə qeyd olunur ki, reyslərin ləğvi və ya gecikməsi əvvəlcədən xəbərdarlıq edilmədən baş verə bilər və aviaşirkətlər İrana uçuşları məhdudlaşdırmaqda və ya tamamilə dayandırmaqda davam edir.

Bildirişdə həmçinin ABŞ vətəndaşlarına internetdə əlavə fasilələrin ola biləcəyinə hazır olmaları, alternativ rabitə vasitələrindən istifadə etməyə hazırlaşmaları və təhlükəsiz olduğu təqdirdə İranı Ermənistan və ya Türkiyə üzərindən tərk etməyi nəzərdən keçirmələri tövsiyə olunur.

Qeyd edək ki, ABŞ və İranın Tehranın nüvə proqramı ilə bağlı danışıqları cümə günü Omanda keçirməsi gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək.

ABŞ Prezidenti Donald Tramp yanvarın 26-da “nəhəng armada”nın İran istiqamətində hərəkət etdiyini bəyan etmiş, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşmaya razı olacağına ümid etdiyini bildirmişdi.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 565 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 565 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 565 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 565 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 565 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 565 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 565 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 565 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 565 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 565 baxış
Seçilmişlər
icon