Pleyeri seçin:

ABŞ Dövlət katibi NATO-dan şikayətləndi

31 mart 2026 45 baxış

“Əgər onların istədiyi nüvə enerjisidirsə, regionda artıq nüvə enerjisinə malik olan və ya tezliklə malik olacaq bir çox ölkələr var və onlar bunu hamının razılaşdığı, yaxşı qurulmuş mexanizm vasitəsilə edirlər. Bu da ondan ibarətdir ki, siz yanacağı idxal etməyə icazə verirsiniz, yanacağı xaricdən alırsınız və həmin yanacaq elektrik şəbəkənizi işlətmək və əhaliniz üçün enerji təmin etmək üçün istifadə olunur”.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

“Onların sahib ola bilməyəcəyi şey isə bunu sürətlə silaha çevirməyə imkan verən sistemdir. Onlar bütün bu pilotsuz uçuş aparatlarının və raketlərin istehsalını dayandırmalıdırlar. Bu yaxınlarda gördük ki, bizə yalan danışıblar. Dedilər ki, uzaqmənzilli raketləri yoxdur, amma sonra iki ədəd buraxdılar”, – Dövlət katibi bildirib.

O əlavə edib ki, Hörmüz boğazı bütün bu əməliyyat başa çatdıqdan sonra açıq olacaq, başqa variant yoxdur:

“NATO-nun ABŞ üçün faydası odur ki, bizə müxtəlif vəziyyətlər üçün bazalardan istifadə hüququ verir. Bu, adətən bazalarımız olmayan regionlarda, o cümlədən Avropanın böyük hissəsində qoşun, təyyarə və silah yerləşdirməyə imkan yaradır. Amma NATO üzvü olan İspaniya kimi ölkələrin bizə öz hava məkanından istifadəni qadağan etməsini və bununla fəxr etməsini, bazalarından istifadə etməyə imkan verməməsini görürük. Eyni şeyi edən başqa ölkələr də var.

Beləliklə, insan özünə sual verir: ABŞ üçün bunun faydası nədir? Mən NATO-nun böyük tərəfdarı olmuşam. Bunun səbəblərindən biri də odur ki, bu baza hüquqlarının bizə təsir gücü, çeviklik və dünyada əməliyyat imkanları verdiyinə inanıram. Amma əgər NATO yalnız bizim Avropanı müdafiə etməyimizdən ibarətdirsə, lakin onlar bizə lazım olanda baza hüquqlarını vermirlərsə, bu, çox yaxşı bir razılaşma deyil. Belə bir vəziyyətdə iştirak etməyə davam edib bunun ABŞ üçün faydalı olduğunu demək çətindir. Buna görə də bütün bunlara yenidən baxılmalı olacaq”.

Dövlət katibi iddia edib ki, Alyans eyni zamanda hərbi infrastruktura çıxışın məhdudlaşdırılmasını nəzərdə tutur.

“Rusiyanın hədəfi Paşinyanı devirməkdir” | Daniel İoannisyan

“Rusiyanın hədəfi Paşinyanı devirməkdir” | Daniel İoannisyan

Dünya
31 mart 2026 45 baxış
Türkiyə 5 ölkə ilə birlikdə “Avropanın Pablo Eskobarı" kimi tanınan mafiyanı çökdürdü - ANA XƏBƏR

Türkiyə 5 ölkə ilə birlikdə “Avropanın Pablo Eskobarı" kimi tanınan mafiyanı çökdürdü - ANA XƏBƏR

Dünya
31 mart 2026 45 baxış
Rubiodan Hörmüz boğazı barədə açıqlama | Ya İranın icazəsi, ya da beynəlxalq koalisiya…

Rubiodan Hörmüz boğazı barədə açıqlama | Ya İranın icazəsi, ya da beynəlxalq koalisiya…

Dünya
31 mart 2026 45 baxış
İranda Hüsniyyə məscidinə hücum həyata keçirilib

İranda Hüsniyyə məscidinə hücum həyata keçirilib

Dünya
31 mart 2026 45 baxış
"Dəvəsi ölmüş ərəb" İran və ABŞ arasında qalıb | "Bu hücum şok effekti yaradıb" - Baku TV

"Dəvəsi ölmüş ərəb" İran və ABŞ arasında qalıb | "Bu hücum şok effekti yaradıb" - Baku TV

Dünya
31 mart 2026 45 baxış
“İranda dini hakimiyyəti məhv etmək üçün...” | “Associated Press”dən məlumat

“İranda dini hakimiyyəti məhv etmək üçün...” | “Associated Press”dən məlumat

Dünya
31 mart 2026 45 baxış
ABŞ və İsrail İrana qarşı müharibənin yarısına çatıb | Netanyahu

ABŞ və İsrail İrana qarşı müharibənin yarısına çatıb | Netanyahu

Dünya
31 mart 2026 45 baxış
Katzın planı nədir? | Livanın cənubu təhlükə altındadır! - Baku TV CANLI

Katzın planı nədir? | Livanın cənubu təhlükə altındadır! - Baku TV CANLI

Dünya
31 mart 2026 45 baxış
Buçada törədilən qırğından 4 il ötür

Buçada törədilən qırğından 4 il ötür

Dünya
31 mart 2026 45 baxış
SENSASİYA: 82-ci hava-desant diviziyasının ilk bölmələri artıq Yaxın Şərqdə - Baku TV CANLI

SENSASİYA: 82-ci hava-desant diviziyasının ilk bölmələri artıq Yaxın Şərqdə - Baku TV CANLI

Dünya
31 mart 2026 45 baxış
Seçilmişlər
icon