ABŞ gəmiləri atəşə tutuldu | Qırmızı dənizdə gərginlik pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
Qırmızı dənizdə husilərlə ABŞ-Britaniya qüvvələri arasında gərginlik davam edir.
“Ənsar Allah” hərəkatı Birləşmiş Krallıqdan sonra bu dəfə Ədən körfəzi yaxınlığında ABŞ-nin gəmilərini raket atəşinə tutub.
Bu barədə qruplaşmanın sözçüsü Yəhya Sariye açıqlama verib.
Onun sözlərinə görə, əməliyyat uğurla başa çatıb:
"Yəmən Ordusunun dəniz qüvvələri Ədən körfəzində biri “Dəniz Çempionu”, digəri isə “Navis Fortuna” olmaqla iki ABŞ gəmisini hədəfə alaraq hərbi əməliyyat həyata keçirib. Hədəfə çoxlu sayda dəniz raketləri ilə hücumlar edilib. Zərbələr dəqiq və birbaşa olub”.
Xatırladaq ki, bundan əvvəl husilər Ədən körfəzində Böyük Britaniyanın “Rubymar” gəmisinə raket hücumu həyata keçiriblər. “Ənsar Allah” hərbi qruplaşması tərəfindən verilən açıqlamada bildirilib ki, hadisə nəticəsində ciddi zərər görən gəmi batıb.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
