Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Çoxsaylı məsləhətləşmələr aparılır. Əslində, məsləhətləşmələr, danışıqlar heç vaxt dayanmayıb. Fasiləsiz məsləhətləşmələr aparılır, bəzi hallarda birbaşa, lakin əksər hallarda vasitəçilər vasitəsilə. Prezident Donald Tramp mümkündürsə, dünyadakı istənilən problemi diplomatik və sülh yolu ilə həll etməyə üstünlük verir. O etiraf edir ki, təəssüf ki, dünyada sülh yolu ilə həll edilməsi mümkün olmayan bəzi problemlər var, lakin biz onları məhz bu cür – diplomatik yolla həll etməyə üstünlük veririk", – deyə Rubio bildirib.
#ABŞ teqi istifadə olunub
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Dünya iki böhranın təsiri altında: yeni geosiyasi tarazlıq necə formalaşır? - AKTUAL GÜNDƏM
- Vaşinqton və Tehran arasında hərbi gərginlik yenidən alovlanacaq? - Baku TV CANLI
- Los-Ancelesdə kosmik gəmi üçün unikal sərgi kompleksi hazırlanıb
