ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hərbçiləri İrana qarşı hərbi əməliyyat zamanı İranın “Shahed-136” kamikadze pilotsuz uçuş aparatının əsasında hazırlanmış LUCAS dronundan istifadə edir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, LUCAS pilotsuz uçuş aparatı əməliyyatlarda mühüm rol oynayır.
“LUCAS əvəzolunmazdır. Bu, əslində ələ keçirdiyimiz İran dronudur. Onun bütün daxili hissələrini çıxardıq, ABŞ-yə göndərdik, üzərinə bir qədər “Made in America” əlavə etdik, sonra geri gətirib indi iranlılara qarşı istifadə edirik”, – deyə Kuper mətbuat konfransında bildirib.
Jurnalistlərin bu dronların hansı hədəflərə qarşı istifadə edildiyi barədə sualına admiral qısa cavab verərək “yaxşı hədəflərə” qarşı tətbiq olunduğunu söyləyib.
Qeyd edək ki, LUCAS (Low-Cost Uncrewed Combat Attack System) İranın “Shahed-136” sursatının analoqu hesab olunur. Aparatın çəkisi təxminən 600 kiloqrama qədərdir, üçbucaqlı qanadlarının hər birinin ölçüsü isə təxminən 2,5 x 3 metrdir.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM
- Tehran Hörmüz boğazı ilə bağlı iddiaları təkzib edib
- Sensasiyalı məlumat | ABŞ İran məsələsində Çindən kömək istəyir? - Baku TV
- Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb etdi - Baku TV
- Trampdan sərt çıxış: İran müharibəsinin xərclərini kim ödəyəcək? - Baku TV CANLI
