ABŞ kəşfiyyatından Hitlerin ölümü ilə bağlı sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılan arxivlərinə görə, 1945-ci ilin aprelində Adolf Hitlerin Berlində bunkerdə intihar etməsinin rəsmi elanından sonra on il ərzində Amerika kəşfiyyat orqanları Fürerin izlərini Cənubi Amerikada aktiv şəkildə axtarmağa davam ediblər.
Sənədlər göstərir ki, MKİ guya Hitlerin Almaniyada ölmədiyini, qaçmağa müvəffəq olduğunu göstərən sübutlar əldə edib.
Bir agent 1950-ci illərin əvvəllərində Kolumbiyada onunla şəxsən görüşdüyünü və hətta söhbətləşdiyini bildirib. Buna sübut olaraq o, qərargaha Hitlerə aid olduğunu iddia etdiyi bir fotoşəkil göndərib.
Əldə edilən dəlillərə baxmayaraq, Mərkəzi Kəşfiyyat İdarəsinin axtarışı davam etdirmək üçün əlavə maliyyə tələbi agentlik rəsmiləri tərəfindən rədd edilib. Sonradan Hitlerin ölümünün rəsmi versiyası dəyişməz qalıb və aparıcı tarixçilər tərəfindən tanınıb.
Bu materiallara görə, 1955-ci ildə Hitler guya İkinci Dünya müharibəsi başa çatdıqdan sonra bir çox keçmiş nasistlərin mühacirət etdiyi Argentinaya köçüb.
#ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi teqi istifadə olunub
- MKİ-nin rəhbəri təcili Putinlə görüşüb? - "Rusiya heç kimin dediyi ilə oturub-durmayacaq" - Baku TV
- Kubada mümkün hərbi əməliyyat planı | Vaşinqton nəyə hazırlaşır? - Baku TV
- ABŞ Kubada kəşfiyyat fəaliyyətini genişləndirir | Yeni detallar açıqlandı - Baku TV CANLI
- ABŞ və Fransa kəşfiyyatı Ukraynaya gizli şəkildə necə kömək edir? - Baku TV
- İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV
