Pleyeri seçin:

“ABŞ Latın Amerikasındakı hədəflərə zərbə endirməyə başlayacaq” | Tramp

03 dekabr 2025 509 baxış

“ABŞ Ordusu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində yaxın vaxtlarda Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq”.

Bunu ABŞ lideri Donald Tramp deyib.

O bildirib ki, ABŞ Ordusu yalnız Venesuelada deyil, digər Latın Amerikası ölkələrində də narkotik qaçaqmalçılarına zərbə endirməyə başlaya bilər.

“Eşitmişəm ki, Kolumbiya kokain istehsal edir. Onların kokain fabrikləri var, bilirsinizmi? Sonra da kokainlərini bizə satırlar. Bəli, bunu edən və ölkəmizə satan hər kəs hədəfə alınacaq. Bu insanlar – narkotik ticarətinin təşkilatçıları 200 mindən çox insanı öldürüblər və bu rəqəmlər azalıb.

Artıq biz quruda da bu zərbələri həyata keçirməyə başlayacağıq. Bilirsiniz, quruda çox asandır. Çünki onlar haqqında hər şeyi – getdikləri marşrutları, harada yaşadıqlarını bilirik. Biz pis adamların harada yaşadığını bilirik və biz bunu tezliklə etməyə başlayacağıq”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Donald Tramp həmçinin bütün dünya liderlərinin ona hörmət etdiyini deyib.

“Bizə həqiqətən hörmət edirlər. NATO sammitinə gələndə məni Avropanın prezidenti adlandırdılar”, – deyə ABŞ lideri söyləyib.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 509 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 509 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 509 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 509 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 509 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 509 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 509 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 509 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 509 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 509 baxış
Seçilmişlər
icon