Dünya
Pleyeri seçin:
ABŞ Livandakı vətəndaşlarına xəbərdarlıq etdi | Bəzi aviaşirkətlər uçuşları dayandırdı
ABŞ səfirliyi vətəndaşları istənilən reyslə Livanı tərk etməyə çağırıb.
Belə ki, son günlər bölgədə davam edən gərginlik fonunda bir neçə aviaşirkət Livandan uçuşları dayandırıb. Lakin ölkədən bəzi istiqamətlərə uçuşlar hələ də davam edir.
“Vətəndaşlarımızı istənilən reyslə Livanı tərk etməyə çağırırıq”, – deyə ABŞ-nin Beyrutdakı səfirliyinin “X” hesabındakı paylaşımında bildirilib.
Qeyd olunub ki, ABŞ vətəndaşları öz təhlükəsizliklərini təmin etmək məqsədilə Livanı tərk etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
Kopyalandı
Seçilmişlər