Dünya
Pleyeri seçin:

ABŞ məsələyə qarışdı | Netanyahu və Bayden arasında gərgin söhbət

05 avqust 2024 2 baxış

Qəzza ilə müharibənin və İranla gözlənilən potensial hücumların fonunda, İsrail-Livan sərhədində də vəziyyət ürəkaçan deyil.

Yerli medianın yaydığı məlumata görə, İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərinə daxil olub.

“Hizbullah” hərbi qruplaşması da İsrailin şimalına dronlarla havadan zərbələr endirib. Hücum nəticəsində ölən və yaralananların sayı hələ ki açıqlanmayıb.

Təl-Əviv isə buna cavab olaraq Livanın cənubundakı Kafr Kila kəndinə hücum edib. Nəticədə çox sayda itkinin olduğu bildirilib.

İsrail-Livan münaqişəsi çərçivəsində rəsmi Vaşinqton da məsələyə qarışıb. ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı onunla qeyri-diplomatik üslubda söhbət edib.

Bildirilib ki, o, Netanyahudan Qəzza zolağında gedən müharibə barəsində boş-boş danışmağı dayandırmasını tələb edib. Baş nazir isə HƏMAS ilə əsir mübadiləsi istiqamətində danışıqların uğurlu olduğunu və yeni nümayəndə heyətinin göndəriləcəyini açıqlayıb.

Yerli medianın yaydığı məlumata görə, İsrail lideri ABŞ-yə qarşı nankorluq edir və Qəzza zolağında girovların vəziyyəti ilə bağlı onlara yalan danışıb. “Bəsdir, məni lağa qoydun” deyən Bayden daha sonra Netanyahuya Tehranda keçirilən əməliyyatın regionda daha geniş müharibəyə səbəb ola biləcəyini deyib. Baş nazir isə danışıqlara mane olan tərəfin İsrail olduğunu inkar edərək, günahı HƏMAS-ın üzərinə qoyub. 

Ordu hansı ərazilərdən geri çəkildi? | Baku TV əməkdaşı Ukraynadan son məlumatları çatdırır

Ordu hansı ərazilərdən geri çəkildi? | Baku TV əməkdaşı Ukraynadan son məlumatları çatdırır

Dünya
15 yanvar 2025 2 baxış
ABŞ Ermənistanla bağlı hərəkətə keçdi | İkitərəfli sazişin detalları

ABŞ Ermənistanla bağlı hərəkətə keçdi | İkitərəfli sazişin detalları

Dünya
15 yanvar 2025 2 baxış
Həbs edilən Cənubi Koreya prezidenti nədə ittiham olunur?

Həbs edilən Cənubi Koreya prezidenti nədə ittiham olunur?

Dünya
15 yanvar 2025 2 baxış
Ermənistan beynəlxalq koalisiyaya qoşulacaq | Ararat Mirzoyan

Ermənistan beynəlxalq koalisiyaya qoşulacaq | Ararat Mirzoyan

Dünya
15 yanvar 2025 2 baxış
Latviya seyminin sədri Kiyevə gözlənilməz səfər etdi | Məqsədimiz hərəkətə keçib...

Latviya seyminin sədri Kiyevə gözlənilməz səfər etdi | Məqsədimiz hərəkətə keçib...

Dünya
15 yanvar 2025 2 baxış
Rusiya Prezidentinin köməkçisindən Ukrayna ilə bağlı sensasiyalı açıqlama

Rusiya Prezidentinin köməkçisindən Ukrayna ilə bağlı sensasiyalı açıqlama

Dünya
15 yanvar 2025 2 baxış
Ukraynada ən çox əməkhaqqı alan şəxslərin siyahısı açıqlandı | Zelenskidən çox maaş alan kimdir?

Ukraynada ən çox əməkhaqqı alan şəxslərin siyahısı açıqlandı | Zelenskidən çox maaş alan kimdir?

Dünya
15 yanvar 2025 2 baxış
Uzunömürlü günəş panelləri | Batareyalar neçə il fasiləsiz işləyə bilir?

Uzunömürlü günəş panelləri | Batareyalar neçə il fasiləsiz işləyə bilir?

Dünya
15 yanvar 2025 2 baxış
Tramp Ukraynaya görə sülh mükafatı istəyir

Tramp Ukraynaya görə sülh mükafatı istəyir

Dünya
15 yanvar 2025 2 baxış
Bayden komandası və Trampın müşavirləri elə şeyləri müzakirə etdi ki... | Dünyanı silkələyən iddia

Bayden komandası və Trampın müşavirləri elə şeyləri müzakirə etdi ki... | Dünyanı silkələyən iddia

Dünya
14 yanvar 2025 2 baxış
Seçilmişlər
icon