ABŞ naməlum uçan obyektlərlə əlaqəli materialları açıqlamaq niyyətindədir
ABŞ hökuməti yerdənkənar həyat formaları və naməlum uçan obyektlər haqqında sənədləri dərc etməyə başlayacaq.
Bu barədə Prezident Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.
"Böyük marağı nəzərə alaraq müdafiə nazirinə və bütün müvafiq departamentlərə, agentliklərə yerdənkənar həyat formaları, naməlum anomal hadisələr və uçan obyektlərlə bağlı hökumət sənədlərinin, eləcə də bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib mövzu ilə bağlı hər hansı digər məlumatın müəyyən edilməsi ilə yanaşı, açıqlanması prosesinə başlamağı tapşıracağam", – deyə Amerika lideri yazıb.
O, əvvəllər iddia edib ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama bu yaxınlarda yadplanetlilərin mövcud olduğunu iddia edərkən məxfi məlumatları açıqlayıb.
Xatırladaq ki, Obama 14 fevralda yerli mediaya verdiyi müsahibədə yadplanetlilərin mövcud olduğunu iddia edib.
#ABŞ teqi istifadə olunub
- Xamenei ilk dəfə xalqa müraciət etdi | Münaqişə nə zaman bitəcək? - Baku TV
- Türkiyə MN sözçüsündən ABŞ barədə açıqlama
- ABŞ kəşfiyyatı: İran hakimiyyəti ölkə üzərində nəzarəti hələ də saxlayır
- Müctəba Xameneidən dünyaya meydan oxuyan qərar: Bütün nüvə müqavilələri ləğv edildi! - AKTUAL GÜNDƏM
- İran üçün ən gözlənilməz zərbəyə hazırlıq gedir? - "ABŞ buranı ələ keçirsə..." - Baku TV
