Pleyeri seçin:

ABŞ-nin rüsumları kimlərə təsir etdi? | Milyarderlər 24 saatda elə itkilər verdi ki...

04 aprel 2025 621 baxış

ABŞ Prezidenti Donald Tramp tərəfindən adi tariflərin tətbiqi pandemiyanın başlanmasından bəri dünyanın ən zəngin insanlarının sərvətində böyük azalmaya səbəb olub.

24 saat ərzində “Bloomberg Billionaires Index” (BBI) üzrə 500 milyarder ümumilikdə 208 milyard dollar itirib. Bu, reytinqin bütün tarixində dördüncü ən böyük azalmadır.

“Meta”nın yaradıcısı Mark Zukerberq ən böyük itkiyə məruz qalıb. Şirkətin səhmləri 9 % ucuzlaşdıqdan sonra sahibkarın kapitalı 17,9 milyard dollar azalıb.

“Amazon”un CEO-su Ceff Bezos da oxşar vəziyyətlə üzləşib. Onun aktivlərinin dəyəri də səhmlərin 9 % azalması səbəbindən 15,9 milyard azalıb. Fevral ayından etibarən “Amazon” səhmləri artıq 25 %-dən çox ucuzlaşıb.

İlon Maskın sərvəti bir gündə 11 milyard dollar, ilin əvvəlindən isə 110 milyard dollar azalıb. Tariflər fonunda “Tesla” səhmləri 5,5 % dəyər itirib.

Digər qurbanlar arasında “Karvana”nın baş direktoru Ernest Qarsiya, “Shopify” baş direktoru Tobi Lütke və şirkətləri Avropa Birliyinin yeni tarifləri ilə üzləşmiş fransız milyarder Bernard Arno da var.

Çinin “Huali” sənaye qrupunun təsisçisi Çjan Konyuan 1,2 milyard dollar itirib. Çində fabrikləri olan ayaqqabı istehsalçıları – “Nike”, “Adidas” və “Lululemon” şirkətlərinin səhmləri 10 %-dən çox ucuzlaşdığı üçün daha çox zərər çəkiblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 185 ölkədən malların idxalına yeni rüsumların tətbiqi haqqında fərman imzalayıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 621 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 621 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 621 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 621 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 621 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 621 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 621 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 621 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 621 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 621 baxış
Seçilmişlər
icon