ABŞ nümayəndə heyəti Kiyevə səfər edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti 12 apreldən sonra Kiyevə səfər edə bilər.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov "Bloomberg"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində respublikaçı senator Lindsi Qrem də ola bilər.
"Kuşner, Uitkoff və Lindsi Qrem – məhz onları gözləyirik. Görək orada başqa kimlər olacaq", – deyə Budanov qeyd edib.
O həmçinin qeyd edib ki, Amerika nümayəndə heyətinin səfərindən sonra Ukrayna daha əhəmiyyətli təhlükəsizlik zəmanətləri ala bilər.
"Nə istədiyimizi çoxdan müəyyən etmişik. Düşünürəm ki, bu, tezliklə həyata keçiriləcək. Bundan sonra nə baş verəcəyi başqa məsələdir. Amma təhlükəsizlik zəmanətləri ilə bağlı mütləq irəliləyiş əldə etmişik – artıq irəliləyirik", – deyə Prezident Ofisinin rəhbəri vurğulayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Konkret plan hazırlanıb?
- Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
