ABŞ Ordusunda raketlər niyə tükənir? | Vaşinqton vəziyyətdən necə çıxacaq?
ABŞ-nin bəzi növ Hava Hücumundan Müdafiə raketlərinin ehtiyatı getdikcə azalır. Bu da Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı münaqişələrə, eləcə də Asiya-Sakit okean regionunda potensial alovlanmalara cavab vermək imkanlarını məhdudlaşdırır.
Bu barədə “The Wall Street Journal” amerikalı analitik və məmurlara istinadla məlumat yayıb.
“ABŞ həm Avropa, həm də Yaxın Şərqdə genişmiqyaslı tükəndirmə müharibəsi çağırışlarına cavab verməyə qadir olan müdafiə sənayesi bazasını inkişaf etdirə bilmədi. Hər iki münaqişə – tükəndirmə müharibəsi ABŞ-nin müdafiə planlaşdırmasına daxil edilmədi”, – Vaşinqtondakı Stimsonov müdafiə proqramının direktoru Elias Yusif nəşrə açıqlamasında deyib.
Nəşr bildirib ki, ABŞ son illərdə HHM raketlərinin istehsalını artırsa da, onların istifadəsi bir neçə dəfə artıb:
“İstehsal gücü azalır və bu, Pentaqonun narahatlığını artırır. Eyni zamanda sürətlə artan silah istehsalı problemlidir, çünki bu, şirkətlərdən yeni montaj xətləri açmağı, gücü genişləndirməyi və əlavə işçilər götürməyi tələb edir. Müdafiə şirkətləri çox vaxt Pentaqonun uzun müddət ərzində böyük miqdarda silah alacağına zəmanət vermədən buna sərmayə qoymaqdan çəkinir”.
Qeyd olunub ki, ən çox azalan müxtəlif tipli “Standart Missile” raketləridir. Bu raketlər İsrailin İranın hücumundan qorunması və Qırmızı dənizdə husilərin gəmilərə qarşı hücumunun qarşısının alınmasında böyük rol oynayır.
Amerikalı rəsmilərin məlumatına görə, ABŞ HƏMAS-ın İsrailə 2023-cü il hücumundan bəri 100-dən çox “Standart Missile” raketi istifadə edib.