ABŞ Prezidenti Hörmüz məsələsində mümkün alternativ yolları açıqladı - Baku TV
"ABŞ Prezidenti Donald Tramp bildirib ki, çoxsaylı boru kəmərlərinin tikintisi və alternativ neft tədarükü marşrutlarının inkişafı səbəbindən gələcəkdə Hörmüz boğazı az əhəmiyyətli olacaq".
Bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Neftin qiymətindən danışan Amerika lideri qeyd edib ki, ABŞ-nin İrana qarşı müharibə aparmasına baxmayaraq, neftin qiyməti indi bir barel üçün 84-85 dollardır.
Onun sözlərinə görə, bunun səbəblərindən biri də Hörmüz boğazından böyük həcmdə neftin keçməsidir.
"Ancaq bundan əlavə, insanlar düşünmədikləri alternativ variantları tapdılar – Texas, Alyaska, Luiziana və digər enerji hasilatı yerlərində. Bununla yanaşı, çoxlu sayda boru kəmərləri tikilir. Söhbət rekord saydan gedir. Buna görə düşünürəm ki, Hörmüz boğazı əvvəlki kimi vacib olmayacaq", – deyə Tramp əlavə edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Kanadanın iqtisadi baxımdan ABŞ-dən asılı olduğunu bildirib
- İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV
- SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI
- Tramp İranı masaya qaytarmaq üçün təzyiqi artırır
- İranın iqtisadi vəziyyəti Vaşinqtonla razılaşmağa mane olur? - Baku TV
