Netanyahu Suriyaya son xəbərdarlığını etdi | İsrail ordusu hərəkətə keçdi - Baku TV
İsrail Suriyadakı aerodroma zərbə endirməzdən əvvəl Dəməşqi xəbərdar edib və Amerika Birləşmiş Ştatları ilə kəşfiyyat məlumatlarını paylaşıb.
Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Ordu rəhbərliyi Türkiyənin İsrailin təhlükəsizliyini təhdid edə biləcək hərəkətləri ilə bağlı alınan kəşfiyyat məlumatlarını nəzərə alaraq Suriyadakı “Əbu əl-Duhur” aerodromuna zərbə endirməyi bir neçə dəfə tövsiyə edib.
“Hərbçilərlə bir neçə görüşdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu “Əbu əl-Duhur”a zərbə endirməmək üçün ən yüksək səviyyədə Suriya hökumətinə birbaşa xəbərdarlıq edib. İsrailin xəbərdarlığı cavabsız qaldıqdan sonra Netanyahu orduya zərbə endirmək üçün icazə verib. Zərbə uğurla həyata keçirilib”, – deyə nazir qeyd edib.
Kats əlavə edib ki, kəşfiyyat məlumatları ABŞ-nin müvafiq orqanlarına ötürülüb.
Daha əvvəl Netanyahunun ofisi Suriyanın Türkiyə qoşunlarının ölkənin şimalındakı aviabazada yerləşdirilməsinə icazə verməklə İsraillə təhlükəsizlik status-kvosunu pozmağa yaxın olduğunu bildirib.
#İsrail Müdafiə Nazirliyi teqi istifadə olunub
- İsrailin müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar - Baku TV CANLI
- “İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər” | İsrael Katz
- İsrael Katzdan sərt xəbərdarlıq | "Vurmadığımız hədəflər daha sərt vurulacaq" - Baku TV
- Əraqçi: “Məsuliyyət yalnız Vaşinqtonun üzərinə düşəcək”
- SEPAH-ın kəşfiyyat rəisi Seyid Məcid Xadəmi öldürüldü - Baku TV CANLI
