ABŞ Qəzzadakı missiyasını niyə bağlayır?
ABŞ İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini bağlayır.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mülki-Hərbi Koordinasiya Mərkəzi İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməli, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasını koordinasiya etməli idi.
Bu qərar ABŞ lideri Donald Trampın Yaxın Şərq nizamlanması planının dalana dirənməsi ilə əlaqələndirilir. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
Mülki-Hərbi Koordinasiya Mərkəzinin funksiyaları ABŞ komandanlığı altındakı Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi personalının sayı 190-dan 40-a endiriləcək, hərbçiləri isə digər ölkələrin mülki mütəxəssisləri əvəz edəcək.
Qurumun gələcəkdə Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi adlandırılması ehtimal olunur.
#ABŞ teqi istifadə olunub
- Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək
- “Arzularını özləri ilə birlikdə məzara aparacaqlar” | Sadeqidən Trampa mesaj
- ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri
- “Öhdəliklərin icrası üçün qarşı tərəfin yaxasından yapışmalıyıq” | İran XİN sözçüsü
- Tehran Trampdan hədələrə görə üzr gözləyir
