Pleyeri seçin:

ABŞ Qırmızı dənizi qorumaq üçün beynəlxalq çağırış edib

19 dekabr 2023 618 baxış

Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başlanıldığını açıqlayıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

L.Ostin açıqlamasında vurğulayıb ki, əməliyyat Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

“Son zamanlar Yəməndən husilərin ağılsız hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün əməliyyatın yaradılmasını elan edirəm”, – deyə bəyanatda vurğulanıb.

Məlumata görə, “Rifahın keşikçisi” adlandırılan əməliyyatda Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Kanada, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər iştirak edəcək.

Xatırladaq ki, Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri İsrail və HƏMAS arasında müharibə başlayandan bəri beynəlxalq sularda gəmilərə hücum edir. Müharibədə Fələstin hərəkatını dəstəkləyən husilər İsraillə əlaqəli gəmilərə hücum edəcəklərini vəd ediblər. Bunun fonunda bir çox şirkətlər Qırmızı dəniz vasitəsilə yük daşımaqdan imtina edib.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 618 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 618 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 618 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 618 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 618 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 618 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 618 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 618 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 618 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 618 baxış
Seçilmişlər
icon