ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və dəniz piyadaları olan əlavə gəmilər göndərəcək. Bununla da regiondakı ABŞ hərbçilərinin sayı daha 9-10 min nəfər artacaq.
"The Wall Street Journal" xəbər verir ki, bu barədə amerikalı məmurlar bildirib.
Əlavə gəmilərin, qırıcıların, dəniz piyadalarının və dənizçilərin noyabrın sonuna qədər regiona gəlməsi gözlənilir.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən başladılması imkanını nəzərdən keçirir.
Ağ Ev rəhbəri bu yaxınlarda köməkçilərinə noyabr ayında bombardmanları bərpa edəcəyini bildirib.
Aviadaşıyıcısı planlaşdırılmış yerləşdirmə çərçivəsində sentyabrın 27-də San-Diyeqodan yola düşüb. Ertəsi gün tərkibində 13-cü Ekspedisiya Bölməsinin dəniz piyadalarının olduğu üç gəmidən ibarət amfibiya qrupu da dənizə çıxıb.
#Yaxın Şərq teqi istifadə olunub
- Ağ Evdə daxili ziddiyyət: ara seçkilərin nəticələri və artan narazılıq Trampın əlini bağlayır?
- Yaxın Şərqdə qarşıdurma yeni və təhlükəli mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Yaxın Şərqdə hərbi qarşıdurmanın taleyi ilə bağlı Vaşinqtondan diqqətçəkən siqnal - Baku TV CANLI
- “Bu, misli görünməmiş haldır” | Yaxın Şərqin iqtisadi ziyanı nə qədərdir? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
