ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa etdi

15 aprel 2026 241 baxış

ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa edib. Bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, qərar Donald Tramp administrasiyasının bu həftəsonundan əvvəl tətbiq edilən möhlətin müddətini uzatmaması ilə bağlıdır.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi ötən ay İranın Hörmüz boğazında yaratdığı faktiki blokada və ABŞ-İsrail hücumlarına cavab fonunda enerji qiymətlərini sabitləşdirmək məqsədilə Rusiya neftinə tətbiq edilən sanksiyalara 30 günlük müvəqqəti möhlət vermişdi. Həmin möhlətin müddəti aprelin 11-də başa çatıb və nəticədə sanksiyalar yenidən qüvvəyə minib.

ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı əlavə sualları cavablandırmasa da, nazir Skot Bessent bu addımı daha əvvəl "qısamüddətli tədbir" kimi qiymətləndirmişdi. ABŞ Senatının bəzi üzvləri administrasiyanı möhləti uzatmamağa çağırmışdılar.

Bundan əvvəl "Reuters" agentliyi Ağ Evin sanksiyalar üzrə lisenziyanı uzada biləcəyi barədə yazmışdı. Məlumata görə, İranla bağlı gərginlik və sanksiyalara verilən müvəqqəti möhlət Rusiyaya əlavə neft-qaz gəlirləri əldə etməyə imkan yaradıb və bu gəlirlərin apreldə 1 trilyon rublu keçəcəyi proqnozlaşdırılır. 

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 241 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 241 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 241 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 241 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 241 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 241 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 241 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 241 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 241 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 241 baxış
Seçilmişlər
icon