ABŞ “Titanik”in axtarışı adı altında hərbi əməliyyat keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ 1985-ci ildə "Titanik" gəmisinin axtarışı adı altında sualtı gəmilərlə bağlı gizli hərbi əməliyyat həyata keçirib.
Bu barədə okeanoloq Robert Ballard CNN-ə müsahibəsində danışıb.
Alim etiraf edib ki, əvvəlcə 1912-ci ildə batmış gəminin axtarışını həyata keçirmək üçün maliyyə mənbələri tapa bilməyib. Lakin Ballardın dərin su vizualizasiya sistemləri ABŞ Hərbi Dəniz Qüvvələrinin marağına səbəb olub və onun missiyası gizli hərbi əməliyyat üçün örtük rolunu oynayıb.
Ballardın sözlərinə görə, o, batmış "Treşer" və "Skorpion" sualtı gəmiləri haqqında məlumat toplayacağını vəd edərək ABŞ hərbi qüvvələrindən dəstək alıb.
"O zaman bir çoxları bilmirdi ki, "Titanik"in axtarışı mənim hərbi dəniz kəşfiyyatı zabiti kimi iştirak etdiyim son dərəcə gizli əməliyyatın örtüyü idi", ‒ o bildirib.
Alim qeyd edib ki, "Skorpion"un qalıqlarının öyrənilməsi ona "Titanik"in batdığı yeri müəyyən etməyə kömək edib.
Qeyd edək ki, Ballardın ekspedisiyası "Titanik"in qalıqlarını 1985-ci il sentyabrın 1-də aşkar edib.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
