ABŞ və Ermənistan arasında nə baş verir? | Tramp ənənəni pozdu
Ermənistan hökuməti ölkənin Baş naziri Nikol Paşinyanı ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində iştirakçılar siyahısına daxil etmək üçün azı 2 dəfə müraciət edib.
İrəvan tərəfi ABŞ-nin Dövlət Departamentinə və D.Trampın ofisinə tələblərini ünvanlayıb. Lakin D.Tramp Administrasiyası bu istəyə müsbət yanaşmayıb. Yerli mediada isə bu hadisə “Nikol Paşinyan inaqurasiyaya dəvət almayıb” başlığı altında paylaşılıb.
“Hökumət rəsmilərindən məsələ ilə bağlı açıqlamanın verilməməsi münasibətlərin yaxşı olmadığını göstərir”, – deyə yazıda vurğulanıb.
Məlumat üçün bildirək ki, ABŞ tarixi boyunca heç bir xarici ölkənin başçısı ABŞ Prezidentinin inaqurasiyasında iştirak etməyib. Lakin Donald Tramp sözügedən ənənəni pozub. Bu səbəbdən də kimin dəvət olunub-olunmaması mediada müzakirə mövzusuna çevrilib.
#Ermənistan teqi istifadə olunub
- Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərildi - Baku TV
- Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya
- Ermənistan layihəsi yenidən əsl sahiblərinə qaytarılır? - ANALİTİK BAXIŞ
- Nikol Paşinyanla Anna Akopyan ayrıldı? - Baku TV
- Nikol Paşinyanla Anna Akopyan ayrıldı? - ANA XƏBƏR
